YENİ PARLAMENTDƏ 3 SİYASİ QÜVVƏ OLACAQ? - “Koçaryana əlavə 2 mandat veriləcək”

Baxış sayı:
325

Ermənistandakı seçkinin son rəsmi nəticələrinin hələ bir həftədən sonra açıqlanacağı gözlənilsə də, yeni parlamentdə hansı siyasi qüvvələrin və hansı sayda təmsil olunacağına dair məlumatlar yayılmaqdadır.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında yeni parlamentdə 3 siyasi qüvvənin və 107 millət vəkilinin təmsil olunacağını bildirən məlumatlar dərc edilib. “News.am” portalının məlumatına görə, qanunverici orqanda Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası 71, Robert Koçaryanın bloku 29, Serj Sarqsyanla Artur Vanetsyanın bloku isə cəmi 7 millət vəkilinə malik olacaq. O cümlədən, milli azlıqlardan dörd nəfər – üçü Paşinyanın, biri isə Koçaryanın blokundan olmaqla, parlamentdə yer alacaqlar.

Portal həmçinin, Koçaryanın blokuna əlavə 2 yer veriləcəyini də qeyd edib: “Müxalifətin mandatları 1/3-dən az olmasın deyə, “Ermənistan” blokuna əlavə olaraq, 2 mandat veriləcək”.