"YA TƏSLİM OLUN, YA DA ÖLÜN!" - “Taliban” “Qərb”lə işləyənlərə məktub göndərir

Baxış sayı:
3757

ABŞ-ın son əsgəri də Kabili tərk edəndən sonra Əfqanıstanda yeni dövr rəsmi olaraq sona çatdı.

20 ildən sonra Əfqanıstanda hakimiyyətə sahib olan “Taliban” ölkənin çox hissəsinə nəzarəti ələ keçirib.

Onlar bu 20 illik müddətdə “Qərb”lə işləyənlərin qapılarına məktublar asır.

Taliblər “səlibçilərin işçiləri” kimi xarakterizə etdikləri insanlara “Ya təslim olun, ya da ölün” kimi məktub göndərir.

Sözügedən məktubda bu şəxslərin “Taliban” məhkəmələrinə təslim olmaları haqqında əmr də var.

Məktubu alanlardan biri- altı uşaq atası 34 yaşlı kişi deyib ki, məktubun üzərində “Taliban”ın möhürü olub.

Britaniyada sığınacaq üçün müraciət edən, lakin mənfi cavab alan şəxs bildirib ki, “Məhkəməyə müraciət etsəm, ölüm cəzası alacağam. Təslim olmasam, məni edam edəcəklər. Ona görə də gizlənirəm və qaçmağın yolunu axtarıram”.

Britaniya əsgərlərinin tərcüməçisi olan başqa bir əfqanıstanlı isə deyib ki, məktubda ona “kafir casusu” deyə xitab ediblər.

Mənbə: “Daily Mail”