Trampdan koronavirusun mənşəyi ilə bağlı açıqlama: Çin sübutları məhv edib

Baxış sayı:
290

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin hökumətinin koronavirusun Uhandakı laboratoriyadan yayılması ilə bağlı sübutları məhv etdiyini bildirib.

Bu barədə “Fox News” məlumat yayıb.

“Çin artıq çox güman ki, bir çox sübutları məhv edib”, - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, belə olan halda çətin ki, koronavirusun mənşəyi ilə bağlı araşdırmalar uğurlu olsun.