Şirvanda arvad ərini bellə döyüb - 40 YAŞLI ŞƏXS XƏSTƏXANALIQ OLUB

Baxış sayı:
2282

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

Hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır./report