“RUSİYA BİZƏ MÜTTƏFİQDƏN ÇOX DÜŞMƏNDİR” - Paşinyanın arvadı Moskanın əleyhinə danışdı

Baxış sayı:
3664

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib.

Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil".

Anna daha sonra bildirib ki, "düşdüyümüz indiki durum buna görə baş verir. Rusiya bu səbəbdən bizə müttəfiqdən çox düşməndir. Bu səbəbdən də, biz üzümüzü Qərbə tutmalıyıq"./milli.az