​Ərdoğanla Baydenin təkbətək görüşü keçirildi - FOTO

Baxış sayı:
289

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüş keçirilib.
Muxalifet.az bildirir ki, görüş 45 dəqiqə çəkib.
Qeyd edək ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində, qapalı  keçirilib. Görüşdə bir sıra aktual mövzular müzakirə olunub.
Bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.
Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.
Ərdoğan Baydenlə görüşdən sonra mətbuat konfransı keçirib.