"Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir" - VLADİMİR PUTİN

Baxış sayı:
3284

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Co Baydenin onunla bağlı qalmaqallı açıqlamalarından narahat olmadığını söyləyib.

Bu barədə Putin “NBC”yə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.

“Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqları naminə fəaliyyət göstərmişəm. Fərqli etiketlər isə narahat olduğum bir şey deyil. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ Evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”, - Putin deyib