Polşa Rusiyadan özünü “Abrams” tankları və “Bayraktar”larla qorumağa çalışır - YÜZLƏRLƏ AMERİKA TANKI SƏRHƏDDƏ YERLƏŞDİRİLƏCƏK...

Baxış sayı:
401

Polşa hakimiyyəti ölkənin Rusiya ilə sərhədlərində 250 “Abrams” tankı yerləşdirməyi planlaşdırır. Bu haqda müdafiə naziri Mariuş Blaşak yerli radioya müsahibəsində bildirib. Nazir deyib ki, 250 müasir tank ölkənin şərqində yerləşdiriləcək. Polşa bu tankları ABŞ-dan 2022-ci ilə qədər almağı planlaşdırır.

Polşanın ABŞ-dan yüzlərlə “Abrams” tankı almağa hazırlaşdığı bu ilin iyul ayında məlum olmuşdu. Bildirilirdi ki, söhbət “Abrams” tanklarının ən yeni modifikasiyası olan M1A2 “Abrams” SEPv3-lərdən gedir. Bu maşınların seriya istehsalı 2017-ci ildən başlayıb, təkmilləşdirilmiş müdafiə sisteminə və elektronikaya malikdir.

Polşa Rusiyanın mümkün hərbi müdaxiləsindən özünü müdafiə etmək üçün Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də alır. Və bu məsələ Rusiyanı qıcıqlandırıb. Gözlənilir ki, prezidentlər Ərdoğan və Putin arasında yaxın günlərdə keçiriləcək danışıqlarda Rusiya tərəfi Türkiyənin Ukrayna və Polşaya bu döyüş PUA-larının satılmasından narazılığını çatdıracaq.