Polis əməliyyat keçirdi, saxta əskinaslar götürüldü

Baxış sayı:
655

Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gələn şəxslərin alış-veriş edib, 1 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri - Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri - E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.

Onlardan ümumilikdə 70 ədəd saxta 100 dollarlıq əskinaslar götürülüb.