MƏNZİLİ KÜLƏ DÖNƏN MƏCBURİ KÖÇKÜN HEYDƏR ƏLİYEVİN ABİDƏSİNDƏN KÖMƏK İSTƏYİR... – “İcra Hakimiyyətində deyirlər ki, bizim vəziyyətimiz səninkindən çox ağırdır...”

Baxış sayı:
3217

1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşən Kərimov Murad Əhliyyət oğlu tərəfindən Qafqaz.media-nın redaksiyasına şikayət məktubu daxil olub.

Laçın rayonunun icra başçısı Aqil Nəzərlidən şikayət edən M.Kərimov bildirir ki, “taxta körpü” adlanan ərazidəki evi yanaraq kül olsa da, ona heç bir yardım edilməyib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyi Murad Kərimovun yanmış evinə baxış keçirib və ona dəyən zərərin (4300 AZN) qarşılanması üçün akt tərtib edib. “Lakin İcra Hakimiyyətində deyirlər ki, bizim vəziyyətimiz səninkindən çox ağırdır, həmin pulu ödəmək imkanımız yoxdur, get Heydər Əliyev Fonduna, Prezident İlham Əliyevə müraciət elə. Hətta onu da deilər ki, sənə Heydər Əliyev Fondundan yardım edilsə, həmin vəsaitdən bizə də verərsən.

Halbuki, cənab prezident İlham Əliyevin məcburi köçkün ailələrinə ayrıdığı yardımları icra başçısı Aqil Nəzərli və İcra Hakimiyyətinin vəzifəli şəxsləri yeyirlər.

Ağəli Əhmədov və Mahir Abbaszadə şikayətimizin ölkə başçısına çatmasına imkan verimirlər. Odur ki, çarəsiz qalıb mərhum dövlət başçısı, ümumilli lider Heydər Əliyevin abidəsindən kömək istəyirəm”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.