Məktəblərdə əyani tədris bərpa edilir: Şagirdlər də peyvənd olunacaq? - VİDEO

Baxış sayı:
2208

“Koronavirusa qarşı istehsal edilən peyvəndlər 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Qaydalar və tövsiyələrdə uşaqların peyvənd olunması məsləhət görülmür”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, indiki mərhələdə məktəblilərin peyvənd olunması gündəmdə deyil:

“Uşaqların xəstəliyi yüngül keçirməsinə baxmayaraq yaşlı insanları yoluxdurma riski daha çoxdur. Bu səbəbdən əsas məqsədimiz 18 yaşdan yuxarı şəxsləri peyvəndlənmə proqramına cəlb edərək, immunitet yaratmaq və uşaqların yuxarı yaş qrupuna aid olan şəxsləri yoluxdurmasının qarşısını almaqdır”.