“Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırmışıq” - Ermən zabitindən etiraf

Baxış sayı:
390

Erməni işğalçılarının basdırdığı minanın partlaması nəticəsində Kəlbəcərdə Azərbaycan jurnalistləri həlak olduqdan sonra sosial şəbəkənin erməni seqmentində işğalçı dəstələrin komandirlərindən birinin sensasion bəyanatı yayılıb.

Twitter-də yayımlanan videoda bu antiqəhrəman və terrorçunun həyasızcasına və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini necə etiraf etdiyini görə bilərsiniz.

Polkovnik Koryun Qumashyan şərəfsizcəsinə deyir: "Mənim kontingentim və mən Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, həmin minalara görə bu ərazidə heç bir şey edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi qaytarın və mən mina xəritəsini təqdim edərəm".

Bu açıqlama erməni hərbi maşınının faşist mahiyyətini bir daha sübut edir. İşğal olunmuş torpaqları qanları ilə azad edən Azərbaycan Silahlı Qüvvələrinin haqlı qəzəbinə müqavimət göstərmək fürsəti olmayan erməni hərbçiləri terror siyasətini davam etdirdiklərini gizlətmirlər. Artıq bu təkcə müharibə cinayəti yox, təmiz terrorizmdir.

Dünya birliyi nəhayət, vəziyyəti anlamalı və Azərbaycan torpağında terrorizmə qarşı öz tutarlı sözünü deməlidir.