İRANIN NÜVƏ SİLAHINA SAHİB OLMASINA CƏMİ BİR NEÇƏ AY QALDI… - ABŞ dövlət katibi Rusiya XİN rəhəbəri ilə bu məsələni müzakirə etdi

Baxış sayı:
539

2021-ci ilin 6 oktyabr tarixində Vaşinqtonun təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Qafqaz.media xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, "həmsöhbətlər İranın Nüvə Proqramının nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tam icrasının bərpası perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin gündəmdəki bir sıra ikitərəfli aktual məsələləri müzakirə ediblər".

Bəllidir ki, Blinkenin zəngi İranın Nüvə Proqramının nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində aparılan danışıqlarda uzanan fasilə ilə bağlıdır. İş burasındadır ki, əvvəlki danışıqların 6-cı turu 2021-ci il iyunun 20-də başa çatdı. 7-ci turun başlanğıc tarixi təyin olunmayıb və hazırda baş tutub-tutmayacağı dəqiq bilinmir.

Tehran Vyanada dialoqa davam etməzdən əvvəl Vaşinqtondan xoşniyyətli təşəbbüs kim ABŞ-a İranın dondurulmuş təxminən 10 milyard dollarlıq maliyyə aktivlərini aktivləşdirməyi təklif etdi. Co Bayden rəhbərliyi isə bu addımı atmağa hazır deyil.

Eyni zamanda, İran nüvə proqramını inkişaf etdirir. İran uranın yalnız sülhsevər xarakterli olduğundan danışsa belə, silah məqsədli uranın miqdarı artır. Amerikalı mütəxəssislərin fikrincə, Tehranın nüvə silahı istehsalı məqsədilə lazım olan miqdarda zənginləşdirilmiş uranı əldə etməsi üçün indi cəmi bir neçə aya ehtiyacı var. Bu, ABŞ-ı narahat edir. İsrail də daim bu məsələni dünya gündəminə çıxarır.

4 yanvar 2021-ci il hesabatına görə, İran tarixdə ən yüksək sanksiyalara məruz qalmış vəziyyətdədir - 1733 sanksiya: idarə və qurumlar - 939 sanksiya, banklar və törəmə şirkətlər -140, fiziki şəxslər - 394, aviaşirkətlər - 195, gəmiçilik - 205. Müqayisə üçün misal kmi göstərə bilərik ki, Suriya - 676, Şimali Koreya -414, Rusiya - 334, Venesuela - 333 sanksiya ilə üz-üzədir.

Qafqaz.media