ERMƏNİSTAN-AZƏRBAYCAN SÜLH MÜQAVİLƏSİNİN TƏFƏRRÜATLARI AÇIQLANDI... - “Azərbaycan hər il 150 milyon dollar ödəyəcək...”

Baxış sayı:
1370

Ermənistan müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti artıq bir neçə gündür Moskvadadır.

Qafqaz.media "Hraparak"a istinadən qəzeti yazır ki, rəsmi məlumata görə, nümayəndə heyəti "Qərb-2021" strateji təlimləri çərçivəsində erməni hərbi qrupunun təlimlərini izləyir.

Lakin “Hraparak.am" özəl mənbələrinə əsasn qeyd edir ki, Moskvada Azərbaycan tərəfi ilə “sülh müqaviləsi” ətrafında danışıqlar aparılır. “Danışıqlar başa çatıb və Ermənistan tərəfi nəticədən çox razıdır”, - deyə sayt yazır.

Onu da qeyd edir ki, təxminlərə görə, sovet İttifaqı xəritələri çərçivəsində Qarabağın statusunu təyin etmədən demarkasiya və delimitasiya prosesinə başlamaq barədə razılıq əldə olunmuşdur.

İddia olunur ki, Rusiya sülhməramlılarının Qarabağdakı varlığını qeyri-müəyyən müddətə - 5 il məhdudiyyət olmadan uzatmağa nail olunub.

“Zəngəzurdan (Syunikdən) keçən yola gəlincə, tərəflər Rusiyanın nəzarətində olacaq tranzit yolu ilə razılaşıblar, erməni sərhədçilərinin olduğu sərhəd keçid məntəqələri quraşdırılacaq və azərbaycanlılar bu yolda gediş haqqını ödəyəcək. Hətta məbləğin hər il 150 milyon dollar olduğu deyilir”, - bildirilir.

Məlumata görə, Gorus-Qafan yolu ilə bağlı heç bir şey əldə olunmayıb. Lakin Rusiya Federasiyası tərəfindən maliyyələşdirilən və İrandan gələn ağır yük maşınlarının keçə biləcəyi Tatev-Kapan dolama yolunun sürətli inşası ilə bağlı Rusiya tərəfi ilə razılıq əldə edilib.