ERMƏNİ LOBBİSİNİN RUSİYADA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK ÜÇÜN İSTİFADƏ ETDİYİ “STALİN KARTI” - Kalantarov veteranlarla görüşdə Stalini nə üçün xatırlatdı...

Baxış sayı:
619

Artıq bir neçə gündür ki, ölkə mediası Rusiya xarici işlər naziri Sergey Lavrovun (Kalantarovun) 30 avqust 2021-ci ildə Volqoqradda - Böyük Vətən Müharibəsi veteranları ilə görüşdə verdiyi bəyanatı müzakirə edir. Lavrov-Kalantarovun fikrincə, müxalifətin və bəzi xarici güclərin İosif Stalini "əsas cani" kimi göstərmək cəhdləri Rusiyanın keçmişinə, İkinci Dünya Müharibəsinin nəticələrinə edilən hücumun bir hissəsidir.

Təsadüfi deyil ki, Sergey Lavrovun bəyanatı ətrafında dərhal Rusiya cəmiyyətində, mediada və sosial şəbəkələrdə müzakirələr başladı. Bəziləri Kalantarovun bu yanaşmasını tam dəstəklədi, digərləri isə Stalin hakimiyyəti dövründəki repressiyaları, deportasiyaları və digər mənfi faktları unutmamaq lazım olduğunu vurğuladı. Əslində isə, Sergey Lavrov Volqoqradda söylədiyi sözlərə bir qədər "aydınlıq gətirərək", Stalin mövzusuna daha ətraflı toxunmalı idi.

"Stalini heç bir nüans olmadan “mütləq bir pislik” kimi qəbul etməyi, yəni onu İkinci Dünya Müharibəsinin yeganə günahkarı hesab etməyi tələb edənlər bilməlidirlər ki, biz bu müharibə zamanı ölkəmizi fəth etməyi qarşısına məqsəd qoyan Hitler ordusunu məğlub etməklə, həm də Avropanı və bir çox xalqları fəthdən, məhv olmaqdan xilas etdik", - deyib Sergey Lavrov.

Sergey Lavrov-Kalantarvın ifadələrindən belə çıxır ki, o, Stalin obrazına neqativdən daha çox müsbət yanaşır və Stalin haqqında mənfi fikirlərin dərc edilməsinə qarşı çıxır. Sergey Lavrov-Kalantarovun etnik erməni və erməni millətçisi olduğunu nəzərə alsaq, bu olduqca qəribə bir mövqedir və bunların arasında İosif Cuqaşvili-Stalinə mənfi münasibət gizlənmir. Bir neçə səbəbdən.

Birincisi, Stalinin erməni millətçilərinin nifrət etdiyi Gürcüstanla əlaqəsi var.

İkincisi, erməni millətçiləri Stalini "Qarabağı Azərbaycana verməkdə" günahlandırırlar. Halbuki, həmin Stalin dünyanın hər yerindən ermənilərin kütləvi şəkildə Ermənistan SSR-ə köçürülməsini təşkil edib. Bu zaman isə 150 mindən çox azərbaycanlı doğma yurdlarından Kür-Araz ovalığına sürgün edilib.

Eynilə, Abxaziya da erməni separatçıların təxribatçı şüarları altında "yandırıldı". Abxazları gürcü qardaşlarına qarşı qızışdırmaq üçün erməni lobbisi Stalini sistemli şəkildə "ifşa etdi". Belə ki, Stalin və Beriyanın Abxazlara nə qədər "zərər" verdiyinə dair təxribatçı materiallar dərc etdilər.

Ancaq bu gün gözlənilmədən erməni millətçisi Kalantarov İosif Cuqaşvilini-Stalini müdafiə etməyə başlayır. Bunun səbəbi nədir?

Rusiyadaxili siyasətdəki son tendensiyaları təhlil etmədən, bu suala cavab vermək mümkün deyil.

Artıq bir neçə aydır ki, Rusiya Federasiyasının hazırkı Prezidenti Vladimir Putinin Konstitusiyada əvvəlki prezidentlik dönəminin “sırılanmasına" baxmayaraq, tezliklə təqaüdə çıxa biləcəyi barədə Rusiyada şayiələr dolaşır. Fərqli səbəblərdən. Sağlamlıq durumu versiyalardan biridir. Ancaq Rusiyanın hakim elitası arasında tədricən bu və ya digər şəkildə Putinin "varisi" olmağa meyl edənlər önə çıxmağa başlayıb.

Bir çox rusiyalı politoloq hesab edir ki, hazırkı prezidentin varisi olmağa ilk olaraq müdafiə naziri Sergey Şoyqu iddialıdır. Məhz bu baxımdan, Sergey Şoyqunun Rusiya Federasiyasının şərq bölgəsindən əhalinin axınını dayandırmaq üçün Sibirdə 5 böyük şəhərin tikintisi planını səsləndirdiyi, habelə xammalla zəngin olan bu bölgələrin iqtisadi inkişafı üçün təkliflərlə çıxş etməsi diqqətləri cəlb edib.

Şoyqunun Yakutiyadakı geniş miqyaslı yanğınlardan və bu zaman bir çox Sibir sakininin mərkəz tərəfindən "tərk edildiyini" hiss etməsindən sonra verdiyi açıqlama böyük rezonansa səbəb oldu. Şübhə yoxdur ki, bundan sonra Sibirdə Sergey Şoyqunun populyarlığı artacaq. Həmçinin, onun planları Çinlə iqtisadi əməkdaşlığa maraq göstərən və bu əməkdaşlıq çərçivəsində Sibir və Uzaq Şərqin sürətlə inkişafında maraqlı olan Rusiya elitasının nümayəndələri tərəfindən də dəstəklənəcək.

Sergey Şoyqunun qarşıdan gələn Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya" siyahısına başçılıq etməsi də ona müəyyən "üstünlüklər" verir. Ancaq Rusiyanı kimin idarə edəcəyinə dair başqa hazırlıqların və digər namizədlərin olduğu da aydındır.

Əvvəla, bu gün Rusiya hökumətində iki əsas vəzifəni tutan və erməni lobbisinin parlaq simalarından olan - Baş nazir (Mixail Mişustin-Mişustyan) və Xarici İşlər naziri (Sergey Lavrov-Kalantarov). Təbii ki, onlardan hansısa biri Putinin varisi olmaqdan çəkinməzdi.

Ancaq burada başqa nüanslar da var. Belə ki, ölkədə "bir nömrəli postu" götürmək sualı yarananda, şübhəsiz, etnik mənşəyinizi gizlətməməlisiniz. Bu zaman isə, istər-istəməz həqiqət ortaya çıxacaq və bu amil ölkədə birmənalı olmayan münasibət yaradacaq. Prinsipcə, Sergey Şoyqu da rus deyil, amma unutmamalıyıq ki, tuvalılar hələ də Rusiya Federasiyasının yerli xalqına mənsubdur. Ümumiyyətlə, Türk xalqları (tuvalılar da daxil olmaqla) Rusiya Federasiyasında Slavyan xalqlarından sonra ikinci ən böyük xalqdır. Amma Kalantarov və Mişustinin mənsub olduğu erməni etnosunun artıq öz dövləti var.

Bundan əlavə, Rusiya cəmiyyətində Qafqaz əleyhinə fikirlər çox uzun müddətdir formalaşır və ermənilər Rusiyada bir çox cəhətdən "qafqazlı" kimi qəbul edilir. Erməni lobbisinin "Stalin üçün nostalji"dən, xüsusən də yaşlı nəsildən istifadə edə biləcəyi yer budur. Düşünürlür ki, niyə "ən qədim və mədəni qafqazlılar", yəni ermənilər Rusiyanı idarə etməsinlər?!

Bu gün onu da diqqətdən qaçırmamlıyıq ki, hazırda Mixail Mişustin Rusiyada fərd üzərində nəzarət dərəcəsi və məcburiyyət imkanları baxımından Stalin sistemini çox üstələyəcək bir "rəqəmsal diktatorluq" qurur. Bunun kədərli perspektivlərindən xəbərdar olan ruslar isə, sözsüz ki, bu cür tendensiyalara mənfi münasibət bəsləyirlər.

Və burada, yenə də Stalinin obrazı "nizamı quran", “güclü bir dövlət xadimi" kimi tanıdılmaqla, "rəqəmsal diktatura”nın tətbiqinə əsaslar yaradılır. Cənubi Qafqaz etnoqrafiyasının xüsusiyyətlərini yaxşı bilməyən rusların isə "ən qədim millətdən olan" siyasətçilərin rəhbərliyini qəbul edəcəkləri sadəcə xülyadır. Erməni xülyası.

Mənbə: “Kavkazplus”

Tərcümə: Qafqaz.media