“DAİMA KRIM TATAR TÜRKLƏRİNİN YANINDAYIQ” - Akar Ukrayna ilə Rusiya arasındakı gərginlik haqda

Baxış sayı:
337

“Ukrayna və Rusiya arasında problemlərin dialoq yolu ilə dinc şəkildə həll olunmasına tərəfdarıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O xatırladıb ki, Türkiyə Prezidenti Krımın ilhaqını tanımadıqlarını dəfələrlə bəyan edib: “Daima Krım tatar türklərinin yanındayıq. Qara dənizdə problemlər sahilyanı dövlətlər arasında “Regional Mülkiyyət Prinsipi” çərçivəsində həll edilməlidir. Bu prinsipə əməl olunmalıdır. Hazırda burada mövcud status-kvo çərçivəsində işlərimizi davam etdiririk”, - deyə Türkiyənin müdafiə naziri bildirib.

O vurğulayıb ki, Türkiyə böhrana səbəb olmadan Rusiya və digər Qara dəniz ölkələri ilə tarazlığı qorumağa çalışır: “Hər problem yarandıqda müharibə və qaynar bir vəziyyət meydana çıxmamalıdır. Problemlər dialoq və dinc metodlarla həll olunmalıdır”.

Ukraynanın Türkiyədən hərbi məsləhətləşmələrlə bağlı müraciətinin olub-olmaması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Ukrayna və Türkiyə arasında müdafiə sənayesində layihələr davam edir.