Bu gün Bakıda AVRO-2020-nin ilk oyunu keçiriləcək

Baxış sayı:
3922

Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.

Belə ki, A qrupunda bir, B qrupunda isə iki matç olacaq.

A qrupundakı Uels - İsveçrə görüşü Bakıda keçiriləcək ilk AVRO-2020 oyunu olacaq. Fransalı hakim Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.

Bu qrupda dünən Romada keçirilən Türkiyə-İtaliya matçı sonuncuların qələbəsilə yekunlaşıb. AVRO-2020-nin açılış oyununda “Squadro azzurro” Türkiyə millisinin qapısında üç cavabsız top keçirib.     

Bu gün B qrupunda oyunlara start veriləcək. Turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.

Avropa çempionatı

A qrupu, I tur

17:00. Uels - İsveçrə

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)

Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)

Bakı. Bakı Olimpiya Stadionu

B qrupu

20:00. Danimarka - Finlandiya

23:00. Belçika - Rusiya

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.