“AstraZeneca” peyvəndinin qəbulunu dayandıran ölkələr... - SİYAHI

Baxış sayı:
543

Bir sıra ölkələr “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus peyvəndindən imtina ediblər. Qəbulundan sonra bəzi insanların qanında laxtalanma yaratması iddiası ilə peyvənddən imtina edən dövlətlərin sayı 22 olub.

Kanada, Portuqaliya, Cənubi Kipr, Sloveniya da Avropa dərman Agentliyinin (EMA) araşdırmaları sona çatana qədər sözügedən peyvəndin istifadəsini təxirə salıblar.

İspaniya, Fransa, Danimarka, Almaniya, Niderland, İslandiya, Norveç, İtaliya, Avstriya, Estoniya, Litva, Latviya, Bolqarıstan, Rumıniya, Tayland, İndoneziya və Lüksemburq “AstraZeneca” peyvəndinin istifadəsini saxlayan digər Avropa dövlətləri kimi diqqət çəkir.

Qeyd edək ki, sabah EMA “AstraZeneca” peyvəndinin yan təsirlərinə aid iddiaları analiz etmək üçün toplanacaq.