ABŞ-ın yüksək səviyyəli təmsilçisi Bakıya gəlir – Hökumət və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək

Baxış sayı:
1656

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Reekerin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, F. Reeker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycanda olacaq.

Məlumata görə, səfərin məqsədi ikitərəfli və regional prioritetlərin təşviqi, bölgədə demokratik və iqtisadi inkişafa ABŞ-ın dəstəyinin bildirilməsidir.

Məlumatda deyilir ki, F. Reeker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə görüşəcək, aprelin 19-da Gürcüstanın siyasi partiyaları arasında imzalanmış sazişin tam tətbiqini, Gürcüstana qarşı Rusiyanın davam edən təcavüzü və işğalını müzakirə edəcək.

Dövlət Katibinin köməkçisi Ermənistan və Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşərək qarşılıqlı prioritetləri, Qarabağla bağlı məsələləri müzakirə edəcək.