ABŞ UKRAYNAYA 60 MİLYON DOLLARLIQ MÜASİR SİLAHLAR GÖNDƏRDİ – “Ukraynanı NATO yolunda görmək istəyirik”

Baxış sayı:
363

ABŞ-dan Ukraynaya yeni silahlar gətirilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün tvitter səhifəsində məlumat yayıb. Məlumata görə, bu ABŞ hökumətindən Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün ayrılan 60 milyon dollarlıq yardımın 3-cü -sonuncu partiyasıdır.

"Deutsche Welle" ("Alman Dalğası" radiosu) xəbər verir ki, yardım əsasən döyüş sursatları, tank əleyhinə silahlar və yükəsk dəqiqlikli silahlar, tibbi avadanlıq və digər materiallardan ibarətdir.

ABŞ-ın Ukraynadakı səfirliyinin hərbi attaşesi polkovnik Brittani Stüartın Kiyev hava limanında deyib ki, Birləşmiş Ştatlar Ukraynanı sülhsevər və azad ölkə olan NATO yolunda görmək istəyir.

Amerika hərbi yardımının tədarükü ilə bağlı razılaşmalar Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı əldə olunub. Əlavə yardımın birinci və ikinci partiyaları oktyabrın 10 və 18-də Kiyevə çatdırılıb.

Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna prezidenti Vladimir Zelenski ilə bu yaxınlarda keçirdiyi görüşdə Donbassdakı münaqişənin yeddi ili ərzində ABŞ-ın Ukraynaya 2,5 milyard dollardan çox hərbi yardım göstərdiyini bildirib.