"Zəlzələdə zərərçəkənlərə kömək edirik, səfirlik bizimlə maraqlanmır" - AZƏRBAYCANLI TƏLƏBƏ

Baxış sayı:
613

Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ ilə əlaqədar olaraq orada təhsil alan azərbaycanlı tələbələr əziyyət çəkir.

Dünən Axşam saatlarında 6.8 bal gücündə baş verən zəlzələdən sonra imtahanlar ləğv edilib.

Mövcud durumla bağlı Modern.az-a danışan  Elazığı bölgəsinin Fırat universitetində təhsil alan tələbə, tanınmış jurnalist  Elnarə Kərimovanın oğlu Araz Zamani Azərbaycanın Türkiyədəki səfirliyinin onlarla maraqlanmadığını deyir:

“Biz tələbələr hələ ki, heç kimə müraciət etməmişik. Amma  Azərbaycanın Türkiyədəki səfirliyi də azərbaycanlı tələbələrlə maraqlanmayıb. Gecə Türkiyədə “Qızıl Ayı” cəmiyyəti tərəfindən bizə su, yemək verildi. Şəhəri tərk etmək istəyirik, amma bilet almaq üçün pulumuz yoxdur. Azərbaycandan da ailələrimiz pul yollaya bilmir, çünki buradakı bankların heç biri işlək vəziyyətdə deyil. Yaxınlıqdakı şəhərlərdə də zəlzələ riski çox olduğundan məcbur şəkildə Azərbaycana qayıtmağımız mütləqdir”.

A.Zamani baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin binadan insanların çıxarılımasına kömək olduqlarını da deyib:

“Zəlzələ baş verəndə ağlıma ilk gələn şey qonşuluqdakı yaşlı kişi oldu. Heç üst geyimimi geyinməmiş ona həyətə düşməkdə yardımçı oldum. Ümumiyyətlə, mən və digər azərbaycanlı tələbələr binadan insanların çıxarılmasına yardımçı olduq.

Bizim binanın yaxınlığında qaz borusu partladı və 7 mərtəbəli bir bina tamamilə yarasız hala düşdü. Bir qadın isə zəlzələnin həyəcanından özünü binaın 5-ci mərtəbəsindən atdı. Bir ata isə iki övladını xilas etmək üçün yıxılan divarın qarşısına keçdi, amma təəssüf ata da uşaqlar da dünyasını dəyişdi.

Demək olar ki, insanların çoxu şəhəri tərk edir, hamı qorxu içərisindədir”.