YPG terrorçuları Suriyada rus hərbçilərinə "Molotov kokteyli" atdılar/Video

Baxış sayı:
339

YPG/PKK-nın terrorçuları Suriyanın Ayn al-Arab bölgəsində türk hərbçiləri ilə birgə patrul həyata keçirən rus hərbi maşınlarını “Molotov kokteyli” atəşinə tutaraq  təxribat törətmək istəyiblər.

“AA” agentliyinin çəkilişləri zamanı terrorçular rus-türk hərbi zirehli texnikasının keçməsinə mane olmağa çalışıblar. Onlar həmçinin patrul dəstəsinin marşrut istiqamətində meydana çıxıb, maşınlara daş atıblar və patrulun keçdiyi yolların üstünə beton maneələr qoyulub. Rus hərbi maşınlarından biri terrorçuların atdığı “Molotov kokteyli” nəticəsində alışıb yanmağa başlayıb. “Sülh mənbəyi” əməliyyatı başlayandan bəri, terrorçular dinc əhali kimi geyinib Suriyanın şimal rayonlarında sakinlərin arasına qarışmağa başlamışdılar. Birgə rus-türk patrulu zamanı dəfələrlə təxribatlara əl atırlar.
Muxalifet.az