Yer üzündə ən yüksək temperatur qeydə alındı - 87 İL SONRA

Baxış sayı:
1788

ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisində (Death Valley) 87 ildən sonra dünyanın ən yüksək temperaturu qeydə alınıb.

Virtualaz.org bildirir ki, vadidə temperatur 54,4 dərəcə təşkil edib.

Bundan əvvəl vadidə 1913-cü ildə 56,7 dərəcə temperatur dünyada ən yüksək temperatur kimi qeydə alınıb.

Yüksək temperaturun ABŞ-ın qərb sahillərinə təsirinin yaxın günlərdə də davam edəcəyi bildirilir.

Mövcud istilik dalğası Arizonadan Vaşinqton ştatına qədər uzanacaq. Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarının sakinlərinə açıq havada daha az vaxt keçirmələri barədə xəbərdarlıq edilib.

Ümumdünya Meteoroloji Təşkilatı iyul ayının Şimali yarımkürədə “ən isti ay” olaraq qeyd olunduğunu və Arktikadakı dəniz buzlarının “ən aşağı səviyyəyə” düşdüyünü bildirib.