"Yeni ailə quranlara da vaksinasiya tövsiyə olunur" - TƏBİB RƏSMİSİ

Baxış sayı:
349

"Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni ailə quranlara vaksinasiya tövsiyə olunur: “Uşaq planlamadan öncə də peyvənd etdirmək məsləhətdir”.