Yeni agentlikdən gözləntilərim... – JALƏ MÜTƏLLİMOVA YAZIR

Baxış sayı:
400

Jurnaliatika iyirmi ildən çox bir zaman kəsiyində, bilərəkdən, elə viran hala salınıb ki, onunla müharibə aparmaq olmadı, bu dəqiqdir. Indi də baxıram ki, ancaq pul və rəqəmlər hesablanır, araşdırılır, yenə də yaradıcılıq gələcək arxa plandadır. Əslində bu, doğru olmayan məsələdir.
Niyə?
44 günlük vətən müharibəsində, Prezident informasiya siyasətinin önündə getdi. Xalq da onu sosial şəbəkədən dəstəklədi. Bu işbirliyi nəticəsində Azərbaycan müharibə dönəmində informasiya siyasətini qura və uda bildi. Bir də Türkiyədə yaradılan, Qlobal TV-dən Avropaya, Qərbə çıxışı reallaşdırmaqla.
Azərbaycanda fəaliyyət göstərən heç bir KIV təlimatsız addım atmaq iqtidarında olmadı. Analiz edə bilmədi. Tərif və yarınmaq əsas prinsip oldu ki, bu da nəinki  həmin dönəm, ümumiyyətlə, bütün dönəmlır üçün ehtiyac duyulan iş deyil.
Niyə, edə bilmədilər?
Istəmədilərmi?
Yoxsa, bacarmadılarmı?
Bir qrup istəmədi, çünki bəlli dəstədən idi.
Bir qrup istədi bacarmadı, çünki gücü və biliyi o qədər deyidi.
Bir qrupsa bacarardı, amma ona bu işdə güvən olmadı. Çünki gözdən salınmış durumda idi.
Və əslində ümumi bir problem də var. Illərdir bu cür işləyib Azərbaycan KIV-i, yuxarıdan təlimat, tezis gəlsin. Yeri gəlmişkən, təkcə KIV yox, demək olar ölkədə bütün sahələr bu durumdadır.
Bəs indiki durumda bu sahədə konkret jurnalistika ilə bağlı nələr edilməli, nə gərəkdir? Yəni yeni yaradılan Mətbuat Agentliyindən  gözlətim  nədir?
-Qanunvericilik bazası yenidən formalaşmalı.
-Bütün xarici səfərlərə, tədbirlərə, treninqlərə sıravi jurnalistlər getməli. "Media kapitanları", yox.
-Rus dilli media quruluşları yaranmalı, mövcud olanlar gücləndirilməli.
-Ingilis dilli  media formalaşmalı.
-Reklam bazarları açıq olmalı.
-Sağlam rəqabət təmin edilməli.
-Sayt qeydiyyatlarına ciddi nəzarətdə olmalı.
-Xaricdə yox,  Azərbaycanda Azərbaycan üçün  çalışan, beynəlxalq əlaqəli olan  KIV-lər  yaranmalı.
-Xaricdə və Azərbaycanda yaşayan, dövləti maraqlara xidmət edən müstəqil media adamları üçün iş şəraiti yaradılmalı.
-Ölkə KIV-nin xarici əlaqələri güclənməli.
-Vətəndaş yetişdirilməsi istiqamətində medianın fəaliyyəti müvafiq dövlət qurumlarının nəzarətinə götürülməli. Ideoloji xətt müəyyən edilməli.
-Ixtisaslaşmış jurnalistika sahəsi ayrıca nəzarətdə saxlanmalı. Məsələn, müharibə jurnalistikası sıfırın altındadır.
-Jurnalistlərə qızıl prinsip öyrədilməli. Milli, dövlət və təhlükəsizlik məsələləri öndədirsə,  bütün peşə prinsiplərindən imtina edilir. Yeri gəlmişkən, bu həm də milli kadr olmağın göstəricisidir.
-Bu peşədə rəhbər postlara qoyulmaq üçün kadrlar yetişdirilməli. Çox mühim postlar, hələ də boşdur.
-Reket jurnalistika ilə mübarizə gücləndirilməli.
-Küçə jurnaliatləri barədə tədbirlər görülməli.
-Bakıda ofisləri bağlanan xarici KiV-lər məsələsi araşdırılmalı. Onların Azərbaycan dövləti ilə ilə münasibətləri diqqətdə saxlanılmalı.
Hələ ki,  bunlar yaradılan mətbuat agentliyindən vətəndaş və jurnalist kimi umduqlarımdır. Ümidvar olmaq istərdim ki, yaxın iki-üç ildə bu  umulan yeniliklərə şahid olacağıq.
Jalə MÜTƏLLİMOVA