Yarasalarda 1500 fərqli koronavirus növü tapıldı - Alimdən ŞOK ARAŞDIRMA

Baxış sayı:
203

Koronavirusun yayılması hələ nəzarət altına alınmamış, dünya yeni epidemiya təhlükəsi ilə üzləşə bilər.

Türkiyə KİV-ləri xəbər verir ki, Uhan Virusologiya İnstitutunun mütəxəssisi Şi Zhengli yarasaların tüpürcək, qan və nəcisindən götürülən 15 minə yaxın nümunəni təhlil edib.

Apardığı araşdırma nəticəsində yarasalarda 1500 müxtəlif növ koronavirus aşkar edib.

Virusoloq bildirib ki, bu viruslar dünyada yeni pandemiyalara səbəb ola bilər./Publika.az