Xəzərə düşən hərbi təyyarəmizin "qara qutusu" tapıldı - FOTOLAR

Baxış sayı:
316

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Muxalifet.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.