"XƏSTƏNİN SAYI-HESABI YOXDUR" - Şahin Məmmədovdan həyəcan TƏBİLİ

Baxış sayı:
1129

“Bu qədər çox ağır xəstə olacağını təsəvvür etmirdim. Reanimasiya tam dolu vəziyyətdədir. Xəstənin sayı-hesabı yoxdur. Hamısı da çox ağırdır. Reanimasiyada orta ağırlıqda xəstə görmədim. Həkimlər və tibb bacıları özünü təhlükəyə atmağa məcburdur. Başqa yol yoxdur”.

Bu fikirləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Təcrübələrini paylaşan həkim qeyd edib ki, vəziyyəti ağır olanlar arasında kök xəstələr üstünlük təşkil edir:

“Xəstələri tez-tez pron vəziyyətə keçiririk, hamısı da artıq çəkili, ödemli. İntubasiya edirik, aparatı xəstəyə uyğunlaşdırırıq, trupka tez-tez “otsoslanır”, ya trupkası dəyişdirilir, CPAP-da olan xəstələrin maskaları bərkidilir, xəstənin üzünə uyğunlaşdırılır, arterial qan qazları götürürük, mərkəzi venoz təzyiqi ölçürük, kateterlər, zondlar, mərkəzi vena kateterizasiyası və s. Bu cür ağır fiziki işlərdən başqa hələ hər xəstənin su duz, turşu qələvi müvazinətini, qidalanmasını, əlavə xəstəliklərin yaratdığı problemləri tənzimləməyə çalışrıq. Fiziki yorğunluğa baxmayaraq, beyin işlətməliyik. Hələ özümüzü qorumağa da çalışmalıyıq, amma açıq desəm, mümkünsüz görünür. Bizim xəstələrə başqa ölkələrdən gələn xarici həkimlər çətin can yandıra, həyatlarını təhlükəyə ata.

Sizin bura xəstə kimi düşməməyiniz üçün hələ də şansınız var, odur ki, özünüzü qoruyun. Elə-belə demirəm bu sözü. Ciddi şəkildə qoruyun. Maska, hətta üz sipəri, əlcək geyinin. Bura düşsəniz, ciddi yanaşmadığınız üçün dəqiq peşman olacaqsınız, amma onda da gec olacaq”./publika.az