Xəstə ziyarətləri də qadağan edildi - BU GECƏDƏN ETİBARƏN...

Baxış sayı:
1153

Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ  Qərargahdan məlumat verilib. 

Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.