Xırdalanda partlayış - DAĞINTILAR ALTINDAN 6 NƏFƏR ÇIXARILIB / YENİLƏNİB -2

Baxış sayı:
585

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Ələzova Simayə Mövlud qızı (1968 ci il təvəllüdlü), Şükürzadə Xədicə Bəxtiyar qızı (2006), Musayev Vusal Firudin oğlu (1983), Musayev Firudin Vusal oğlu (2009), Əliyev Emil Arif oğlu (1989) və Hüseynov Arif Əbülfəz oğludur (1988).

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır./virtualaz.org

***

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-in məlumatına əsasən, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində nazirliyin xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

***

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Xirdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Muxalifet.az FHN-ə istinadən bildirir ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.