Vaksin 24 saat ərzində ABŞ-ın bütün ərazilərinə çatdırılacaq - TRAMPDAN AÇIQLAMA

Baxış sayı:
319

ABŞ-ın hazırladığı koronavirus peyvəndlərinin istifadəsi təsdiqindən 24 saat sonra bütün ölkə ərazisinə çatdırılacaq.

TASS agentliyi xəbər verir ki, Donald Tramp bunu Şarlott şəhərində (Şimali Karolina ştatı) seçiciləri önündə çıxış edərkən bəyan edib.

D.Tramp bildirib ki, aprel ayından başlayaraq ölkədə koronavirusdan ölənlərin sayı 85 faiz azalıb.

“ABŞ rəhbərliyi rekord müddət ərzində dörd peyvənd hazırlayır. Peyvəndlər klinik sınaqların son mərhələsindədir. Çox böyük ümidlər vəd edən vaksinlər kütləvi şəkildə istehsal ediləcək və təsdiqləndikdən 24 saat sonra bütün Birləşmiş Ştatlar ərazisinə çatdırılacaq”, -  Ağ Ev rəhbəri deyib.