VAHİD ƏHMƏDOV TÜRKİYƏYƏ APARILIB - Səhhətində problem yaranıb

Baxış sayı:
628

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan qabaq problem yaranıb.

Modern.az-a xəbər verir ki, deputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.

Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı da bildirilib.