Ürək xəstəliklərindən qorunmağın SİRRİ - Məşhur həkimdən açıqlama

Baxış sayı:
609

Kardioloqlar ürək sağlamlığı ilə bağlı əsas nüansları açıqlayıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikalardan birinin həkimi Torsten Dil, ürək xəstəliklərindən qorunmağın yollarını qeyd edib.

Onun sözlərinə görə, qidalanma və idmanla bağlı sadə qaydalara riayət etmək mütləqdir:

"Liftdən imtina edin, pilləkənlərdən istifadə edin. İdmanla birlikdə pəhriz də sabit çəki saxlamağa kömək edir. Artıq çəki qazanmaq istəmirsinizsə, balıq və tərəvəzə üstünlük verin. Ürək xəstəliklərini yaradan əsas amillərdən biri də yuxu problemi, spirtli içki və hədsiz şirniyyat qəbuludur. Xolesterol və qan təzyiqini də müntəzəm olaraq nəzarətdə saxlamaq lazımdır".