Ukraynada 58 yaşlı kişi 8 nəfəri güllələdi - 7 NƏFƏR ÖLÜB...

Baxış sayı:
451

Ukraynada 58 yaşlı kişi şəxsi münaqişə zəminində 7 nəfəri güllələyərək öldürüb.

Bunu “Facebook”da ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko bildirib.

Hadisə Ukraynanın Jitomir vilayətində baş verib. Öldürülən şəxslər göl sahilində istirahət edirmiş.

A.Geraşenkonun sözlərinə görə, kişi ov tüfəngi ilə öncə 2, daha sonra isə yatmış vəziyyətdə olan 6 nəfəri güllələyib. Həmin şəxslərdən 7 nəfər ölüb. Yalnız bir nəfər güllə səslərini eşidərək meşəyə qaçıb və sağ qalıb. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun kimliyi açıqlanmayıb. O, məhkəmə-psixiatrik ekspertizaya göndəriləcək.  

“Düşünürəm ki, məhkəmə 7 nəfəri həyatından edən insana ömürlük həbsdən başqa cəza verməyəcək”, - nazir müavini əlavə edib.

Faktla bağlı araşdırma aparılır./Report