Ukrayna prezidenti Baydenin dəvəti ilə ABŞ-a getdi - MÜHÜM DANIŞIQLAR OLACAQ

Baxış sayı:
3409

Ukrayna prezidenti Vladimir Zelenski və xanımı Yelena ABŞ prezidenti Cozef Baydenin rəsmi dəvəti ilə bu ölkəyə səfərə gedib. Bu haqda Ukrayna prezidentinin mətbuat xidməti bildirir.

Proqrama əsasən sabah sentyabrın 1-də iki ölkə liderləri təkbətək və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Zelenski habelə ABŞ-ın bir sıra nazirliklərinin və strukturlarının rəhbərləri ilə görüşəcək. Gözlənilir ki, danışıqların nəticəsi olaraq bir sıra vacib sənədlər imzalanacaq.

Vladimir Zelenski Vaşinqtonda görüşlərini başa vurduqdan sonra Kaliforniyaya yola düşəcək və Stenford universitetində çıxış edəcək, habelə ABŞ-ın aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək. Onların arasında “Apple” şirkətinin baş direktoru Tim Kuk və “Space X” şirkətinin rəhbəri İlon Mask da var.

Bu gün isə Zelenski və Ukraynanın müdafiə naziri Andrey Taran səfər çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Pentaqonda görüşəcəklər. Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığa dair vacib məsələləri müzakirə edəcəklər.