Türkiyəli məşhur Bakıda azərbaycanlı xanımla evləndi – Cütlüyü “ata-bala” adlandırdılar - Video

Baxış sayı:
229

Türkiyəli tanınmış jurnalist  Kərim Akbaş Bakıda dəbdəbəli toy edib.

“Yeni Sabah” xəbər verir ki, o, Əminə adlı azərbaycanlı gənc xanımla ailə qurub. Cütlüyün toyu paytaxt restoranlarının birində baş tutub. Məclisdə yerli şou-biznes nümayəndələri də iştirak edib.

Aparıcı Vüsalə Kərimova, müğənni Yaşar Cəlilov toydan görüntüləri paylaşaraq cütlüyü təbrik edib. Bu evlilik sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər bəyin yaşının çox olduğunu yazaraq  cütlüyü “ata-bala” adlandırıblar. 

Onu da qeyd edək ki, Kerim Akbaşa 2014-cü ildə 2 il 6 ay həbs cəzası verilib.

Toydan görüntüləri təqdim edirik: