Türkiyədən ABŞ-a: Bu, ikiüzlü yanaşmadır!

Baxış sayı:
373

ABŞ-ın hərbi çevrilişə cəhd edənləri “günahsız din adamı” adlandırması ikiüzlü yanaşmadır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “2018-ci il Beynəlxalq Dini Azadlıqlar Hesabatı”na münasibət bildirərkən deyib. O bildirib ki, bu hesabatda Gülən dini təzyiqlərə məruz qalan şəxs kimi qələmə verilib:
“21 İyun 2019-cu ildə yayımlanan “2018-ci il Beynəlxalq Dini Azadlıqlar Hesabatı”ında FETÖ-çülərin dini təzyiqlərə məruz qalan sünni müsəlman və siyasi fiqur kimi qələmə verilməsi, bu hesabatın hansı niyyətlə qələmə aldındığını açıq göstərir. 251 vətəndaşımızı qətlə yetirən terror təşkilatının rəhbərinin bu cür xarakterizə edilməsi 15 iyundakı xain hərbi çevriliş cəhdinə dəstək vermək anlamına gəlir”.
Hami Aksoy onu da bildirib ki, hesabatda keşiş Branson məsələsiylə bağlı irəli sürülən fikirlər də Türkiyəyə qarşı haqsızlığın göstəricisidir:
“Keşiş Branson dini inancına görə deyil, terrorla əlaqəsi olduğu üçün həbs edilmişdi. Sanksiya və təhdidlə deyil, məhkəmə qərarıyla cəzasını çəkdikdən sonra sərbəst buraxılıb. Buna rəğmən Branson məsələsinə hesabatda geniş yer verilməsi və bunun dini etiqad azadlığının pozulması kimi qələmə verilməsi ölkəmizi haqsız yerə tənqid etmək səyindən başqa bir şey deyil”.