TÜRKİYƏDƏ TARİXİ GÜN - Bu gün İstanbulu kim qazanacaq?

Baxış sayı:
994

Bu gün – iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə keçiriləcək. Dünəndən təbliğat və təşviqat işləri dayandırılıb.
 
Bəlli olduğu kimi, İstanbul uğrunda əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında olacaq.
 
Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayacaq və 17.00-dək davam edəcək (Bakı vaxtı ilə saat 09.00-18.00).
 
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.