Türkiyədə “sxodka”: 27 “qanuni oğru” Qulinin başına yığışdı

Baxış sayı:
4069

İstanbulda 27 “qanuni oğru”nun iştirakı ilə Lotu Qulinin iştirakı ilə “sxodka” keçirilib. 

Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, "sxodka” hazırda Yunanıstanda yaşayan Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmasına həsr olunub.

Məlumata görə, “sxodka”ya Şotiko dəvət edilsə də, o, İstanbula gəlməyib. Vaja isə “qanuni oğrular”ın yanında öz haqqını tələb edib və Qulini inandıra bilib.

Şotiko və tərəfdarları isə Qulini qınasalar da, o, bildirib ki, “sxodka” tələb etmək hər bir “qanuni oğru”nun tələbidir və o da bu müraciətə mütləq cavab verməliydi. Maraqlıdır ki, eyni gündə qarşı tərəfin adamları Trabzonda “sxodka”ya yığışıblar.