“Türkiyədə millət ac qalar, dinindən imtina edər, amma dövlətini qoruyar...” - PARTİYA SƏDRİNDƏN POLİTOLOQA ETİRAZ

Baxış sayı:
550

Cahandar Bayoğlu: “Türkiyədə olan demokratiya, sizin təbliğ etmək isədiyiniz Amerika və Avropadan daha üstündür”
 
Dünən Hurriyyet.org “Vətəndaş müharibəsinin baş verəcəyi ehtimal olunan 6 ölkədən biri Türkiyədir” sərlövhəli yazı dərc olunub. Politoloq Xaqani Cəfərliyə istinad edən saytda bildirir ki, yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmaqda davam edəcək.
Xaqani Cəfərli bildirir ki, “İngiltərə Gizli Servisi MI 6 Beyin mərkəzinin hesabatına görə, Türkiyədə yaxın 8-10 ay ərzində vətəndaş müharibəsi baş verə bilər. Hesabatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan məzhəb ayrı-seçkiliyi olan ehtiraslı romantik bir lider kimi bəhs edilir. Eyni zamanda, Türkiyənin iqtisadi böhran astanasında olması statistik məlumatlar əsasında təsvir edilir və bunun sosial partlayışa səbəb olacağı ehtimalının yüksək olduğu qeyd edilir. Hesabatda Türkiyədə etnik ziddiyyətlərin artması, xüsusilə də ölkədə olan 4.5 milyon suriyalıya qarşı xalq arasında qəzəbin artması vətəndaş müharibəsinin baş vermə ehtimalın artıran səbəblər kimi göstərilir”.
Politoloq daha sonra bildirib: “Bu hesabat olmadan da Türkiyədə işsizliyin kəskin artması nəticəsində sosial gərginliyin artdığı hər kəsə məlumdur. Türkiyədə olan 4.5 milyon suriyalıya qarşı toplumda kəsin narazılığın olduğu son bələdiyyə seçkiləri zamanı açıq görünmüşdü. Türkiyə cəmiyyətində dini müstəvidə münaqişələrin olma ehtimalı da yüksəlib. Xüsusilə cəmiyyətin dindar hissəsinin dindar olmayanlara qarşı açıq təhdidləri güclənib”.
Xaqani Cəfərlinin sözlərinə görə, iş o həddə çatıb ki, dövlət televiziyası olan TRT 1-in efirindən dindar bir qadın prezident Ərdoğanın hakimiyyətdən gedəcəyi halda dindar olmayan qonşularını öldürəcəklərini, öldürüləcək şəxslərin siyahısını hazırladıqlarını açıq şəkildə bəyan edir: “Ən maraqlısı budur ki, belə çııxşlara qarşı hüquq-mühafizə orqanları heç bir tədbir görmür. İqtidarın siyasi partiyalar və Vəkil Büroları haqqında qanunları dəyişməsi, müxalif “Tele 1” və “Halk tv” kanallarına təzyiqi artıraraq onları bağlamağa çalışması,Yılmaz Özdil kimi cəmiyyətdə böyük nüfuzu olan ziyalıları təqib etməsi, onları həbs etmək niyyətinə düşməsi türk toplumunda gərginliyi daha da artırır. Bir çox nüfuzlu ictimai xadimlər iqtidarın təzyiqlərinin qarşısını almaq üçün müxalifəti dinc müqavimətə çağırırlar. Aydın görünür ki, yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmada davam edəcək. Bu isə ingilis beyin mərkəzinin qorxunc hesabatı reallığa çevrilmə ehtimalını artırır. Son olaraq onu da qeyd edim ki, bir müddət əvvəl ABŞ-ın beyin mərkəzlərindən birinin Ədoğanın hakimiyyətdən qanla, yoxsa qansız gedəcəyi ilə bağlı araşdırmasının mövcud olduğu üzə çıxmışdı. Azərbaycanın təbii müttəfiqi olan Türkiyədə vətəndaş müharibəsinin olma ehtimalı belə bizim üçün qəbul edilməzdir. Amma Türkiyədə baş verən proseslər bizim arzularımızdan asılı deyil”.

Xaqani Cəfərlinin bu fikri Turan Partiyasının başqanı Cahandar Bayoğlunun narazılığına səbəb olub. O, özünün “Facebook” profilində yazır: “Mən bu fikri səsləndirəni tanımıram və “cəmiyyətdə belə fikirli adamlar ola bilər”, - deyə düşünürəm. Amma bu cür fikirlərin ciddi yayın orqanlarında getməsini istəmızdim.
Yazını yazan politoloq Xaqani bəy Cəfərliyə demək istərdim ki, Mİ 6-dan öncə Amerikanın gizli xidmət orqanları Türkiyədə FETÖ hərbi çevrilişini proqnozlaşdırdı, eləmək istədi, alınmadı. Amerika və digər güclər Türkiyədə PKK terroru əsdirərək, etnik ayrı-seçkiliyi edə bilmədi. Siz Türkiyədə hansı məhzəb ayrı-seçkiliyindən yazırsınız ki, əhalisinin çoxsu sünnü olan Türkiyənin ən yaxın müttəfiqi əhalisinin çoxunluğu şiə məhzəbindən olan Azərbaycan Respublikasıdır?! Diktatura rejimi kimi təqdim etmək istədiyiniz Türkiyədə olan demokratiya, sizin təbliğ etmək isədiyiniz Amerika və Avropadan daha üstündür. Atatürk Türkiyəsi Layik Demokratik Cümhuriyyətdir. Hər gələn istəsə belə, demokratiyanı boğa bilməz və bu mümkünsüzdür.
Onu da unutmayın ki, Türkiyənin min illk dövlət ənənəsinə sahib bir yapısı vardır. Bu yapı nə İngiltərədə var, nə Avropada, nə də Amerikada mövcuddur.
Son olaraqda deyim ki, dövlət şuuru Türkiyədə o qədər güclüdür ki, millət ac qalar, dindən də, məhzəbdən də imtina edər, amma dövlətini qoruyar”.

Muxalifet.az