Türkiyədə koronavirusla bağlı son vəziyyət - 1 141 YENİ YOLUXMA, 28 ÖLÜ

Baxış sayı:
271

Türkiyədə son sutka ərzində COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 1 141 nəfər artıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

O bildirib ki, bununla da infeksiyaya yoluxanların ümumi sayı 162120 nəfərə çatıb.

O həmçinin qeyd edib ki, son bir gündə daha 28 nəfər pandemiyanın qurbanı olub və infeksiyadan ölənlərin sayı 4489 nəfərə yüksəlib.

125963 nəfər isə müalicə olunub.