Türkiyədə koronavirus statistikası – son sutka ərzində 37 nəfər...

Baxış sayı:
279

Türkiyədə son sutka ərzində yeni tipli koronavirusdan daha 37 nəfər dünyasını dəyişib. Beləliklə, Kovid-19 virusunun qurbanlarının sayı 168 nəfərə çatıb.

Məlumat Türkiyənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

Nazirliyin məlumatına görə, son sutka ərzində 1610 yoluxma halı qeydə alınıb, bununla da ölkədə rəsmi qeydiyyatda olan xəstələrin sayı 10 827 nəfərə çatıb./Hurriyyet.org