Türkiyədə 3 şiddətli zəlzələ: 225 yaralı, ölü sayı artır... - Video

Baxış sayı:
847

Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Qəndilli rəsədxanası məlumat yayıb.
Zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.
Yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.
Zəlzələ zamanı Malatyanın Doğanyol ərazisində 1 nəfər həyatını itirib.
Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu NTV-də çıxışı zamanı deyib.
Avropa Aralıq Seysmoloji Mərkəzi isə zəlzələnin 120 milyon insan tərəfindən hiss edildiyini bildirib.
Elazığda 5,4 bal gücündə daha bir zəlzələ baş verib.
"İki vətəndaşımız Elazığda, iki vətəndaşımız isə Malatyada həyatını itirib. Elazığ Mədəndə 4-5 mərtəbəli bina dağılıb. İçində yaşayanlar vardı", - Süleyman Soylu bildirib.
Elazığda yerli vaxtla 20:55-də (Bakı vaxtı ilə 21:55-də) baş verən 6,8 ballıq zəlzələnin yerin 6,75 km dərinliyində qeydə alındığı bildirilib.
Qəndilli Rəsədxanası zəlzələnin 6,5 bal gücündə olduğunu rəsmən təsdiqləyib.
Zəlzələ Kilisdən Samsuna qədər hiss edilib.
Bunun ardınca isə Bakı vaxtı ilə 22:08-də 5,4, 22,17-də isə 5,1 bal gücündə daha iki zəlzələ qeydə alınıb.
Elazığda güclü zəlzələdən sonra AFAD (Fövqəladə Hallar İdarəsi) dağıntıların qeydə alındığı binalara daxil olmamağı tövsiyyə edib.
Qurum əhaliyə xəbərdarlığında kommunal xətləri bağlamağı, rabitə əlaqəsində SMS və internetdən istifadə etməyi, fövqəladə halları nəzərə alaraq avtomobill yollarında sıxlıq yaratmamağı vacibliyini qeyd edib.
Son məlumata görə, Elazığda 44, Malatyada 40 olmaqla, ümumilikdə 84 nəfərin yaralanıb.
Bu barədə S.Soylu açıqlama verib.
Son məlumata görə, zəlzələ nəticəsində 6 nəfər ölüb, 225 nəfər isə yaralanıb.
Elazığ valisi yaralılardan ikisinin vəziyyətinin çox ağır olduğunu bildirib.
Əhaliyə evinə girməmək çağırışı edilib. Bölgəyə 1689 çadır, 1665 yataq göndərilib.
Muxalifet.az