Türkiyə yeni kamikadze dronlarla silahlanacaq – VİDEO

Baxış sayı:
432

Türkiyə Silahlı Qüvvələri yüzlərlə yeni nəsil kamikadze dronlarla silahlanacaq. 

“Anadolu” xəbər verir ki, Türkiyə hərbi sənaye idarəsi və STM müdafiə şirkəti PUA-ların tədarükü haqqında razılaşma əldə ediblər. 

Razılaşmaya əsasən, Silahlı Qüvvələr üçün 356 “Kargu-2” dronu hazırlanacaq.

Dronlar mükəmməlləşdirilmiş infrasəsli nəzarət sistemi ilə təhçiz olunub və daha uzaq məsafəyə uça bilir. /oxu.az/