Türkiyə ordusu PKK hədəflərini məhv etdi

Baxış sayı:
373

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatını davam etdirir.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri sərhəddən 30 kilometr içəriyə doğru irəliləyərək PKK/YPG-nın hədəflərini məhv edib.
Əməliyyatlara havadan F16 bombardmançı təyyarələr də cəlb olunub.