Türkiyə erkən seçkiyə gedir? - AÇIQLAMA

Baxış sayı:
661

"Vaxtından əvvəl seçki ilə bağlı müzakirələrin aparılması Türkiyə gündəmini dəyişməyə yönəlmiş səylərdən başqa bir şey deyil".

Türkiyə mətbuatı xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müşaviri Numan Kurtulmuş deyib.

O bildirib ki bu cür səylər faydasızdır: "Türkiyənin mövcud siyasi konyukturasında erkən seçkilərlə bağlı mühit mövcud deyil. Bu məsələ müzakirə mövzusu da deyil. Türkiyədə seçkilər vaxtı çatanda 2023-cü ildə keçiriləcək"./Publika.az