Türkiyə ABŞ-ın Suriyada terror təşkilatı ilə neft sövdələşməsinə etirazını bildirdi: “Təəssüf edirik”

Baxış sayı:
1311

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-dan olan bir şirkət ilə YPG/PKK arasındakı neft razılaşmasına etirazını bildirib. Türkiyə XİN-in açıqlamasında YPG/PKK terror təşkilatının bu addımla Suriya xalqının təbii sərvətlərini ələ keçirərək ölkəni parçalamaq fəaliyyətini açıq şəkildə göstərdiyi vurğulanır.

Açıqlamada deyilir: “Suriyanın təbii sərvətləri Suriya xalqına məxsusdur. Suriya Demokratik Qüvvələrinin ABŞ-dan olan bir şirkətlə bağladığı bəyan edilən neft müqaviləsini, ABŞ-ın beynəlxalq hüququ tapdalayan, Suriyanın ərazi bütövlüyünə, birliyinə və suverenliyinə qəsd edən və terrorçuluğun maliyyələşdirməsi demək olan bu addıma dəstək verməsini təəssüflə qarşılayırıq və qəbuledilməz hesab edirik”.

Nazirliyin yazılı açıqlamasında Suriyada SDQ (Suriya Demokratik Qüvvələri) adı altında fəaliyyət göstərən YPG/PKK terror təşkilatının Suriyanın şimal-şərqindəki torpaqlarda neft çıxarmaq, emal eləmək və ticarət eləmək üçün ABŞ-da yerləşən”Delta Crescent Energy LLC” adlı şirkətlə müqavilə imzaladığı xəbərinin mətbuatda verildiyi bildirilir./Hurriyyet.org