Türk ordusundan PKK-ya zərbə: 8 terrorçu məhv edildi

Türkiyə ordusunun İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın Hakurk bölgəsində hücum hazırlığında olan və aralarında “Harun” kod adlı şəxsin də olduğu 8 terrorçu hava zərbələri nəticəsində məhv edilib”, - məlumatda qeyd olunub.