Tramp: "Türkiyə haqlıdır" dedi

Baxış sayı:
2299

Bildiyimiz kimi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinə səs verdi. Səsvermədən dərhal sonra Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib. Səsvermədə 18 senator "lehinə", dörd senat üzvü "əleyhinə" səs veriblər. Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla xəbər verir. Qanun layihəsi nə vaxt qüvvəyə minəcək? Senat “Türkiyəyə qarşı sanksiya qanun layihəsini” təsdiqləsə, sənəd Nümayəndələr Palatasına göndəriləcəkdir. Demokratlar çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında qanun layihəsi qəbul edilərsə, prezident Tramp tərəfindən imzalanacaq. Prezident Tramp da qanun layihəsini təsdiqləsə və imzalasa, qanun qüvvəyə minəcək. Türkiyənin ilk açıqlaması Səsvermədən dərhal sonra Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bu açıqlama ilə çıxış etdi: “Konqresdəki hadisələri yaxından izləyirik. Hətta bu qanun layihəsi işə düşsə də, S-400 ilə əlaqəli proses davam edəcək. Bu məsələdə cənab Trampın xoş niyyətini yüksək qiymətləndiririk. O, bu barədə ictimaiyyətlə açıq danışdı. Bu qanun onu narahat edır. Əlbəttə ki, qanun Konqresdən keçəndə prezidentin əlləri bağlanır. Konqresmenlər gözlərini və qulaqlarını reallığa bağladılar ”. Tramp: "Türkiyə haqlıdır" dedi ABŞ Prezidenti Tramp, S-400 və F-35-ə dair mübahisələr ilə bağlı bunları söylədi: “Obama rəhbərliyi dövründə Türkiyə “Patriot” almaq istədi, amma satmadılar. Bu haqsızlıq idi. Türkiyə Patriot almaq istədi, amma Obama yox dedi. Onlar həmişə “yox” dedilər. Çünki, Türkiyənin özünü müdafiə ehtiyacları var idi. Sonra türklər Rusiyaya tərəf döndü və S-400 aldılar. Çünki biz onlara Patriot əldə etməyə imkan vermədik. Bunu əvvəlki rəhbərlik etdi ”. Muxalifet.az