Tramp Malveniyə qapını göstərdi - UKRAYNAYA YARDIM...

Baxış sayı:
457

ABŞ prezidenti Donald Tramp Ağ Ev Aparatı rəhbəri Mik Malvenini vəzifəsindən azad etmək istəyir.
Bu barədə "The Washington Post" nəşri xəbər yayıb.
Məlumata görə, Tramp bir neçə həftədir ki, Malvenini idarəçilikdən uzaqlaşdırmaq fikrindədir.
Lakin müşavirlər onu fikrindən daşındırmağa çalışırlar: "Bu, Trampın impiçmenti proseduru ərəfəsində heç də yaxşı addım olmayacaq. Xüsusilə Ukraynaya yardımın dayandırılması məsələsində Malveninin rolunu nəzərə alsaq, onun vəzifədən getməsi böyük riskdir. Digər tərəfdən, administrasiya yeni rəhbərin tapılması istiqamətində problemlərlə qarşılaşa bilər".
Qeyd edək ki, Tramp, Malveninin 17 oktyabrda jurnalistlər üçün keçirdiyi brifinqdən narazı qalıb. Ağ Ev Aparatı rəhbəri brifinqdəki çıxışı zamanı Ukraynaya hərbi yardımın dondurulma səbəbini açıqlamışdı. O, bildirmişdi ki, əsas məqsəd Ukraynanı ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin oğlu ilə bağlı istintaqa başlamağa məcbur etməkdir.
Lakin Malveni brifinqdən sonra qeyd etmişdi ki, KİV onun sözlərini təhrif edib.